​“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq olub

​“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq olub Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırma aparılır
Hadisə
1818
27 Fevral , 2016 10:30
​“Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq olub

Bakı. 27 fevral. REPORT.AZ/ “Sədərək” ticarət mərkəzindən 100 min manatlıq oğurluq edilib.

“Report”un xəbərinə görə, 1976-cı il təvəllüdlü Mirkişi Əsədov polisə müraciət edərək həmin ticarət mərkəzində ona məxsus anbardan oğurluq edildiyini bildirib.

M.Əsədov ərizəsində ona məxsus anbarda işləyən 26 yaşlı Əli Rüstəmovun oradan 100 min manatlıq elektrik məişət əşyaları mənimsədiyini deyib.

Faktla bağlı Qardağ Rayon Polis İdarəsinin (RPİ) 10-cu Polis Bölməsində (PB) araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi