“Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim əşyaları oğurlayıb

“Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim əşyaları oğurlayıb “Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim əşyaları oğurlayıb.
Hadisə
13 Sentyabr , 2019 13:20
“Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim əşyaları oğurlayıb

“Sədərək” Ticarət Mərkəzində qadın mağazadan geyim əşyaları oğurlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 12-də saat 13 radələrində “Sədərək” Ticarət Mərkəzindəki mağazaların birindən 200 manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən qadın ərazidə xidmət aparan Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Şirvan şəhər sakini olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi