Bakı. 12 dekabr. REPORT.AZ/ “Sədərək” ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar aşkarlanıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonunun ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində Lənkəran rayon sakini Şakir Rəhimovdan yüksək səsyayıcı qabiliyyətə malik 9000 ədəd partlayıcı oyuncaq götürülüb.
Araşdırmalar davam etdirilir.