Səbaildə yol qəzası olub, 1 nəfər xəsarət alıb

Hadisə
  • 03 noyabr, 2022
  • 04:05
Səbaildə yol qəzası olub, 1 nəfər xəsarət alıb

Bakının Səbail rayonunda 22 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 2000-ci il təvəllüdlü Həsənov Seymur İsmayıl oğlu idarə etdiyi motosikleti yol kənarındakı maneəyə çırpıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.