Bakı. 13 iyun. REPORT.AZ/ Bakının Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
"Report"
Yanğın zamanı üçmərtəbəli yaşayış binasının damında tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan dəhliz, mətbəx və sanitar otağının yanar konstruksiyaları 42 kv.m sahədə yanıb. Yüksək temperaturdan tavan 35 kv.m sahədə qarsalanıb. İki otaq yanğından mühafizə olunub. Yanğın saat 17:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


