Saxta COVID-19 pasportu satanlar saxlanılıb

Saxta COVID-19 pasportu satanlar saxlanılıb Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.
Hadisə
31 Avqust , 2021 12:17
Saxta COVID-19 pasportu satanlar saxlanılıb

Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb.

"Report" xəbər verir ki, məlumatda deyilir:

Daxil olmuş məlumatlar və keçirilən yoxlamalar nəticəsində bəzi şəxslərin ölkəmizdə koronovirus pandemiyası əleyhinə aparılan vaksinasiya prosesinə qanunsuz yollarla müdaxilə edərək pul müqabilində ayrı-ayrı vətəndaşlara dair məlumatları “e-tebib” elektron qeydiyyat sisteminə yerləşdirmələri və bununla da guya peyvənd olunmaları ilə bağlı onlara saxta COVID-19 pasportu satmaları müəyyən olunub.

Belə ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən avqustun 30-da keçirilən tədbirlərlə saxta “COVID-19” pasportu satmaqda şübhəli bilinən Bakı şəhər sakinləri Fikrət Şıxıyev, Eldar Mirzəyev və Şirin Şirəliyev saxlanılıb.

İlkin dindirmə zamanı onlar hər birindən 225 manat almaqla 40 nəfər şəxsə belə saxta sənəd satdıqlarını etiraf etmişlər. F.Şıxıyevə məxsus “Mercedes” markalı avtomobilə baxış keçirilərkən bir vətəndaşa məxsus vaksinasiyanın hər iki dozası qeyd olunmuş “COVID-19” pasportu, 30 nəfərə aid üzərilərində mobil nömrələri yazılmış şəxsiyyət vəsiqələrinin surətləri və bank kartları aşkar edilərək götürülüb.

Hazırda faktla bağlı Rayon Polis İdarəsinin və Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi