Sarayda 54 yaşlı kişi metaləritmə sexində yanıb

Sarayda 54 yaşlı kişi metaləritmə sexində yanıb Bakı. 25 iyul. REPORT.AZ/ Abşeron rayonunda 54 yaşlı kişi metaləritmə sexində alovun üzərinə düşərək yanıb.
Hadisə
25 İyul , 2018 18:48
Sarayda 54 yaşlı kişi metaləritmə sexində yanıb

Bakı. 25 iyul. REPORT.AZ/ Abşeron rayonunda 54 yaşlı kişi metaləritmə sexində alovun üzərinə düşərək yanıb.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Saray qəsəbəsində baş verib.

Belə ki, Sumqayıt şəhər 41-ci məhəllə sakini, 1964-cü il təvəllüdlü Qurbanov Ağəməli Mirzəbala oğlu  Abşeron rayon Saray qəsəbəsində fəaliyyət göstərən metaləritmə sexində işlədiyi zaman yüksək temperaturlu alovun üzərinə düşüb. Onun yanmasına səbəb iş zamanı ayağının büdrəyərək alovun üstünə yıxılması olub.

Hadisədən sonra ağır yanıq xəsarətləri alan şəxs xəstəxanaya çatdırılıb. Onun bədəninin 70 faizinin yandığı bildirilir.

Ağəməli Qurbanovun vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə göndərilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi