Sarayda əl qumbarası tapılıb

Sarayda əl qumbarası tapılıb Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış sahəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.
Hadisə
27 İyul , 2020 20:30
Sarayda əl qumbarası tapılıb

Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Abşeron rayonu, Saray qəsəbəsi, Üzümçülük yaşayış sahəsində əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Agentlikdən "Report"a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Abşeron Rayon Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib, lakin məlumat verən şəxs mobil telefonunu söndürdüyünə görə əməliyyat-axtarış tədbirləri bu gün davam etdirilib. 

Agentliyin mütəxəssisləri və Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. 

Əl qumbarasının ətrafında 200 kv.m əraziyə yerüstü, 150 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi