Saray qəsəbəsində üçotaqlı evdə yanğın baş verib

Saray qəsəbəsində üçotaqlı evdə yanğın baş verib Saray qəsəbəsində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.
Hadisə
9 Sentyabr , 2019 02:43
Saray qəsəbəsində üçotaqlı evdə yanğın baş verib

Saray qəsəbəsində 3 otaqlı evdə yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumata görə, Abşeron rayonunun Saray qəsəbəsində ümumi sahəsi 220 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağında yataq dəsti və mətbəxində 2 ədəd məişət avadanlığı yanıb.

Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Orphus sistemi