“Saray” postunda yük maşını aşıb

“Saray” postunda yük maşını aşıb ​​​​​​​Bakı-Sumqayıt avtomobil yolunda yol qəzası baş verib
Hadisə
447
11 Mart , 2021 22:29
“Saray” postunda yük maşını aşıb
0 : 00
0 : 00

Bakı-Sumqayıt avtomobil yolunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postda (Saray postu - Red) qeydə alınıb.

Belə ki, Sumqayıt istiqamətində hərəkətdə olan “MAZ” markalı yük avtomobili ötmə əməliyyatı zamanı Abşeron Rayon İcra Hakimiyyətinə məxsus məişət tullantıları daşıyan yük maşınını yoldan çıxarıb.

Nəticədə məişət tullantıları daşıyan yük maşını beton arakəsməyə çırpılaraq aşıb.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ziyan dəyib.

Hadisə yerinə yol polisinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi