Saray bələdiyyə sədrini və onun həyat yoldaşını öldürən şəxsə ömürlük həbs cəzası verilib

Saray bələdiyyə sədrini və onun həyat yoldaşını öldürən şəxsə ömürlük həbs cəzası verilib Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Hadisə
20 Oktyabr , 2016 12:20
Saray bələdiyyə sədrini və onun həyat yoldaşını öldürən şəxsə ömürlük həbs cəzası verilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsi bələdiyyəsinin sədri Vəsilə Əbilhəsənovanı və onun həyat yoldaşı Vəfadar Əbilhəsənovu öldürməkdə təqsirləndirilən Fədai Hüseynovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Hüseynov ömürlük azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında da F.Hüseynovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl ötən il iyul ayının 8-də Saray qəsəbəsində baş verib. Bələdiyyə sədri, 39 yaşlı V.Əbilhəsənova və həyat yoldaşı V.Əbilhəsənov amansızlıqla qətlə yetirilib. Araşdırmalar zamanı qətlin F.Hüseynov tərəfindən törədildiyi məlum olub. 35 yaşlı F.Hüseynov ailəyə çox yaxın şəxs olub. Ev və torpaq alqı-satqısı ilə məşğul olan F.Hüseynov gecə saatlarında mərhumların evinə gəlib və hələlik dəqiqləşməmiş səbəblərdən mübahisə yaranıb. O, mübahisə zəminində V.Əbilhəsənovanı kəsici, onun həyat yoldaşını isə odlu silahla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi