“Shacman” markalı yük maşını aşıb - FOTO

“Shacman” markalı yük maşını aşıb - FOTO Hadisənin baş vermə səbəbləri araşdırılır
Hadisə
27 İyul , 2015 18:01
“Shacman” markalı yük maşını aşıb - FOTO

Bakı. 27 iyul. REPORT.AZ/ Bu gün Bakı-Qazax-Gürcüstan yolunun Qazax rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib. "Report"un məlumatına görə, Gürcüstan istiqamətində hərəkətdə olan “Shacman” markalı yük maşını Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində qəzaya uğrayıb. Yüklə dolu maşının sürücüsü qəfildən idarəetməni itirdiyini görərək özünü yuk maşınının kabinəsindən atıb. Nəticədə maşın yoldan kənara aşıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, yük maşını yararsız hala düşüb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi