Sankt-Peterburqun meyvə-tərəvəz bazasında azərbaycanlı bıçaqlanıb

Sankt-Peterburqun meyvə-tərəvəz bazasında azərbaycanlı bıçaqlanıb 38 yaşlı kişini yoldan keçənlər görüblər
Hadisə
22 Yanvar , 2017 14:31
Sankt-Peterburqun meyvə-tərəvəz bazasında azərbaycanlı bıçaqlanıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Sankt-Peterburq polisi şəhərin Frunzen rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.

"Report" xəbər verir ki, yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.

Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə "təcili yardım" çağırılıb. Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.

Son xəbərlər

Orphus sistemi