Sankt-Peterburqda həyat yoldaşını döyərək öldürən azərbaycanlıya hökm oxunub

Sankt-Peterburqda həyat yoldaşını döyərək öldürən azərbaycanlıya hökm oxunub Mərhumun ailəsi məhkəmə qərarından apellyasiya şikayəti verəcək
Hadisə
24 Yanvar , 2017 11:09
Sankt-Peterburqda həyat yoldaşını döyərək öldürən azərbaycanlıya hökm oxunub

Bakı. 24 yanvar. REPORT.AZ/ Sankt-Peterburq Kirov rayon məhkəməsi toyundan cəmi bir həftə sonra öz həyat yoldaşı Gülnarə Vəliyevanı qətlə yetirən azərbaycanlı Samir Həbibova hökm oxuyub.

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir.

Qeyd olunur ki, hakim qatilin ilk nikahından iki kiçik uşağının olmasını və istintaqla yaxından əməkdaşlıq etməsini nəzərə alaraq, onu cəzasını ciddi rejimli həbsxanada çəkməklə 10 il azadlıqdan məhrum edib. S.Həbibov eyni zamanda, qətlə yetirdiyi həyat yoldaşının ailəsinə 5 milyon rubl kompensasiya ödəməlidir.

Hərçənd məhkəmə zamanı prokuror qatilin 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. 23 yaşlı mərhum G.Vəliyevanın atası isə öz növbəsində, qatilin ömürlük azadlıqdan məhrum edilməsini və mənəvi kompensasiya kimi 10 milyon rubl ödəməsini tələb edib.

Mərhumun ailəsi məhkəmə qərarından narazı olduğu üçün apellyasiya şikayəti verəcək.

Xatırladaq ki, cinayət 22 aprel 2016-cı il ildə törədilib. Məhkəmədə müəyyən edilib ki, 34 yaşlı Samir Həbibov həyat yoldaşını döyərək öldürüb və onun cəsədini qardaşı ilə birlikdə Sankt-Peterburqun Petrodvorets rayonunda meşədə basdırıb.

Son xəbərlər

Orphus sistemi