Yuxarı

​Sankt-Peterburq-Lənkəran aviareysi ilə gələn Azərbaycan vətəndaşından 40 min ədəd siqaret götürülüb

DGK əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar

Bakı. 2 avqust. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar.

Bu barədə "Report"a DGK-dan məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, Sankt-Peterburq-Lənkəran aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı yüklərini rentgen aparatına qoyub oradan keçərkən saxlanılıb və yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı, vətəndaşa məxsus üç ədəd çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 3 adda, ümumilikdə 40.000 ədəd siqaret aşkar edilərək götürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi