Sankt-Peterburq DİBİ azərbaycanlılar və dağıstanlılar arasındakı davayla bağlı məlumata aydınlıq gətirib

Sankt-Peterburq DİBİ azərbaycanlılar və dağıstanlılar arasındakı davayla bağlı məlumata aydınlıq gətirib Saxlanılanlar arasında Azərbaycan vətəndaşları yoxdur
Hadisə
29 Aprel , 2016 09:59
Sankt-Peterburq DİBİ azərbaycanlılar və dağıstanlılar arasındakı davayla bağlı məlumata aydınlıq gətirib

Bakı. 29 aprel. REPORT.AZ/ Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti Daxili İşlər Baş İdarəsi (DİBİ) azərbaycanlılar və dağıstanlılar arasındakı davayla bağlı informasiyaya aydınlıq gətirib.

Vilayətin DİBİ-dən "Report"a verilən məlumata görə, insident aprelin 28-də Sankt-Peterburqun Vasileostrovski rayonunda baş verib. İnformasiyaya görə, mübahisə Dağıstandan olan şəxslər arasında düşüb və orada Azərbaycan vətəndaşları olmayıb.

Məlumata görə, münaqişənin iştirakçılarından biri travmatik silahdan açılan atəş nəticəsində yaralanıb. Faktla bağlı cinayət işi başladılıb.

Son xəbərlər

Orphus sistemi