Samuxdakı yol qəzasında xəsarət alanların adı məlum olub - YENİLƏNİB

Samuxdakı yol qəzasında xəsarət alanların adı məlum olub - YENİLƏNİB Samux rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.
Hadisə
20 İyul , 2021 20:05
Samuxdakı yol qəzasında xəsarət alanların adı məlum olub - YENİLƏNİB
0 : 00
0 : 00

Samux rayon Alıuşağı kəndində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti dəqiqləşib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, yol qəzası zamanı Gəncə şəhər sakinləri, Qəhrəmanov İlham Sədrəddin oğlu (47 yaş), Qəhrəmanova Mehriban İlyas qızı (45 yaş), Qəhrəmanov Sədi İlham oğlu (25 yaş) və Samux rayon sakini, Abbasov Röyal Saleh oğlu (34 yaş) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

19:48

Samux rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Alıuşağı kəndində, körpü yaxınlığında qeydə alınıb. Hərəkətdə olan "VAZ" və "Opel" markalı avtomobillər toqquşub.

Daha sonra avtomobillərdən biri "Moskviç" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində 3-ü bir ailənin üzvlü olmaqla 4 nəfər xəsarət alıb. Onlar hadisə yerinə çağrılan 4 təcili tibbi yardım maşınları ilə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi