Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə
27 İyul , 2021 21:26
Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
0 : 00
0 : 00

Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Çobanabdallı kəndində baş verib. Belə ki, "VAZ" markalı 2 avtomobil toqquşub. Qəza nəticəsində 1 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi bölməsinin əməkdaşları cəlb olunub.

Qəzanın başvermə səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi