Samuxda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Samuxda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır Samuxda tanışını qətlə yetirməkdə təqsirləndirilən Habil qasımovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Hadisə
4 Avqust , 2022 09:13
Samuxda tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Samux rayonunda tanışını qətlə yetirməkdə təqsirləndirilən Habil Qasımovun cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb.

"Report" xəbər verir ki, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası avqustun 12-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində Samuxda qeydə alınıb. Belə ki, 1973-cü il təvəllüdlü H.Qasımov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 1983-cü il təvəllüdlü Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qətlə yetirib.

H.Qasımova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi