Samuxda quyudan meyiti tapılan kişinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Hadisə
  • 25 noyabr, 2022
  • 18:38
Samuxda quyudan meyiti tapılan kişinin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Samux rayonunda quyudan aşkarlanan meyitin şəxsiyyəti və hadisənin təfərrüatları məlum olub. 

"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Çobanabdallı kəndində meyiti quyudan çıxarılan şəxs, 1954-cü il təvəllüdlü Tofiq Əhmədov olub.

Onun insult xəstəsi olduğu, həmin vaxt həyətdə olan dərinliyi 2 metr quru quyunun yaxınlığından keçən zaman ora yıxıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

22:18

Samuxda quyuda meyit aşkarlanıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Belə ki, rayonun Çobanabdallı kəndində dərinliyi təqribən 2 metr olan quyudan 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Müraciətlə əlaqədar FHN-nin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində meyit quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Bütün Xəbər Lenti