Samuxda qonşusunu bıçaqlayan şəxs saxlanılıb 

Samuxda qonşusunu bıçaqlayan şəxs saxlanılıb  Samux rayonunda həmyerlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Hadisə
1 Sentyabr , 2021 10:52
Samuxda qonşusunu bıçaqlayan şəxs saxlanılıb 

Samux rayonunda həmyerlisinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"un Qərb Mərkəzinin sorğusuna cavab olaraq bildirilib ki, dünən axşam saatlarında rayonun Ziyadlı kəndində 1991-ci il təvəllüdlü İsgəndər Alıxanov
mübahisə zəminində doşqəfəsindən bıçaqlanıb.

Aparılan araşdırmalar nəticəsində onu bıçaqlamaqda şübhəli bilinən 1988-ci il təvəllüdlü İlyas İsmayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi