Samuxda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb - YENİLƏNİB

Samuxda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb - YENİLƏNİB Samux. 10 avqust. REPORT.AZ/ Samux rayonunda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb.
Hadisə
10 Avqust , 2018 15:44
Samuxda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb - YENİLƏNİB

Samux. 10 avqust. REPORT.AZ/ Samux rayonunda özünü yandıran keçmiş universitet müəllimi xəstəxanada ölüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


*** 13:40

Samux rayon sakini ağır dərəcəli yanıq xəsarətləri alıb.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Qovlarsarı kəndində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini, 1941-ci il təvəllüdlü Həsən Qəzənfər oğlu Yusifov üzəri alovlanmış vəziyyətdə yaşadığı evin həyətindən küçəyə çıxıb. Ətrafdakıların köməyi ilə alov söndürülüb və H.Yusifov xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. H.Yusifovun özü-özünü yandırdığı ehtimal olunur. 

Onun kənd təsərrüfatı üzrə elmlər namizədi olduğu və əvvələr universitetlərin birində müəllim işlədiyi bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi