Samuxda dərs vaxtı məktəbdə yanğın olub, 10 şagirdə yardım göstərilib - YENİLƏNİB

Samuxda dərs vaxtı məktəbdə yanğın olub, 10 şagirdə yardım göstərilib - YENİLƏNİB Samux. 1 mart. REPORT.AZ/ Samux rayon Tatlı kəndində ümümi sahəsi 404 kv/m olan 1 mərtəbəli 8 otaqdan ibarət orta məktəbdə qızdırıcı sobanın həddindən artıq qızdırılması səbəbindən boru ətrafı yerlərdə yanğın baş verib.
Hadisə
1 Mart , 2019 12:17
Samuxda dərs vaxtı məktəbdə yanğın olub, 10 şagirdə yardım göstərilib - YENİLƏNİB

Samux. 1 mart. REPORT.AZ/ Samux rayon Tatlı kəndində ümümi sahəsi 404 kv/m olan 1 mərtəbəli 8 otaqdan ibarət orta məktəbdə qızdırıcı sobanın həddindən artıq qızdırılması səbəbindən boru ətrafı yerlərdə yanğın baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, daha sonra borular partlayıb və tüstülənmə olub.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Hadisə dərs vaxtı olduğundan 10-a yaxın şagird tüstünün təsirinə məruz qalıb və özlərini pis hiss ediblər. Onlara ambulator qaydada yardım göstərilib.


*** 11:25 

Samux rayonunda orta məktəbdə yanğın olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kənd orta məktəbində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, 10 nəfərə yaxın şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi