Cənubi Sudanda BMT-nin 2 sülhməramlısı öldürülüb
Digər ölkələr
- 24 avqust, 2026
- 20:47
Cənubi Sudanın Conqley ştatında patrul xidmətinə hücum nəticəsində BMT-nin iki sülhməramlısı öldürülüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Cənubi Sudandakı missiyasının (UNMISS) bəyanatında bildirilib.
Məlumata görə, hücum patrul dəstəsi Pajut yaşayış məntəqəsinə yollanarkən naməlum silahlı şəxslər tərəfindən törədilib. 7 nəfər yaralanıb, onların arasında 3 sülhməramlı, Cənubi Sudan Milli Polis Xidmətinin 2 əməkdaşı və 2 mülki şəxs (işçi) var.
UNMISS-in rəhbəri Anita Kiki Qbeho Cənubi Sudanda sülhün qorunması üçün çalışan BMT əməkdaşlarına hücumu yolverilməz adlandırıb. O, operativ araşdırma aparmağa çağıraraq qeyd edib ki, BMT sülhməramlılarına edilən hücumlar hərbi cinayət sayıla bilər.
Son xəbərlər
14:23
İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub
Daxili siyasət14:18
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
Daxili siyasət14:17
İcma: Ermənistan hakimiyyəti cəmiyyəti sülhə hazırlamaq əvəzinə, qəbuledilməz bəyanatlar verir
Xarici siyasət14:12
Rusiya Təhlükəsizlik Şurası: Ermənistan NATO ilə qarşılıqlı əlaqələri genişləndirməyə çalışır
Digər ölkələr14:10
Şoyqu: Moskva və Bakı ikitərəfli münasibətlərdəki böhranı aradan qaldırıb
Region14:09
İran İsveç diplomatını "persona non-qrata" elan edib
Digər ölkələr14:05
İlham Əliyev Şamaxıda "Meysari Grand Hotel & SPA" kompleksinin açılışını edib
Daxili siyasət14:04
Makron partiya rəhbərləri ilə təhlükəsizlik müşavirəsi keçirəcək
Digər ölkələr14:04
Foto