Samuxda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

Samuxda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ağasıbəyli, Lək, Qaradağlı, Poylu, Kolayır, Tatlı və Burunqovaq kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Hadisə
11 Oktyabr , 2021 10:07
Samuxda karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib

Samux Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ağasıbəyli, Lək, Qaradağlı, Poylu, Kolayır, Tatlı və Burunqovaq kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, hər 7 ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Son xəbərlər

Orphus sistemi