Yuxarı

​Samuxda 26 yaşlı gənc sevdiyi qıza görə özünü asıb

Həkimlər zərəçəkmişin vəziyyətini ağır qiymətləndirir

Samux. 11 avqust. REPORT.AZ/ Samuxda intihar hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, rayonun 1990-cı il təvəllüdlü Çobanabdalı kənd sakini Fuad Məharət oğlu Mərdanov boğulma diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər zərəçəkmişin vəziyyətini ağır qiymətləndirir. Məlumata görə, 26 yaşlı gənc sevdiyi qıza görə özünü yaşadığı evdə asıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi