Samuxda iki qardaş çobanı döyərək ağır xəsarət yetiriblər

Samuxda iki qardaş çobanı döyərək ağır xəsarət yetiriblər Hadisə qışlaq sahədə yer üstündə yaranan mübahisə zəminində baş verib
Hadisə
22 Dekabr , 2016 03:50
Samuxda iki qardaş çobanı döyərək ağır xəsarət yetiriblər

Samux. 22 dekabr. REPORT.AZ / Samux rayonunda iki qardaş çobanı döyərək xəstəxanalıq ediblər.

“Report”un qərb bürosunun məlumatına görə, hadisə rayonun qışlaq sahələrinin birində baş verib. 

Qışlaq sahədə qoyun otaran Daşkəsən rayon sakini, 1991-ci il təvəllüdlü Nağıyev Elşən Cəfər oğlu Samux rayon sakinləri olan iki qardaş tərəfindən döyülüb. Ağır kəllə beyin travması alan E.Nağıyev yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən çobanın vəziyyəti orta-ağır olduğu bildirilir.

Samux Rayon Polis Şöbəsindən hadisənin qışlaq sahədə qoyunların otarılması zamanı yer üstündə yaranan mübahisə zəminində baş verdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi