Samuxda yol qəzasında ölənlərin sayı 2-yə çatıb - YENİLƏNİB 2
- 07 sentyabr, 2024
- 20:32
Samuxda yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan şəxs ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, 1948-ci il təvəllüdlü Elxan Zülqədər oğlu Əhmədov müalicə aldığı Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada dünyasını dəyişib.
Beləliklə, qəzada ölənlərin sayı ikiyə çatıb.
23:44
Samux rayonunda olan yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanın kimliyi dəqiqləşib.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza nəticəsində 1948-ci il təvəllüdlü E.Əhmədov xəsarət alıb və Gəncə şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə nəticəsində ağır xəsarət alan 1945-ci il təvəllüdlü G.Məmmədova xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
22:25
Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası olub.
"Report"un Qərb bürosunun məlumatına görə, "Hyundai" və "Lada-21015" markalı avtomobillərin toqquşması nəticəsində 1945-ci il təvəllüdlü Gilə Məmmədova dünyasını dəyişib.
Qəzada bir neçə nəfər xəsarət alıb və xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.