Yuxarı
    Bağlamaq

    Samuxda hadisə yerinə gedən təcili tibbi yardım əməkdaşlarına təzyiq göstərilib, maşınlarını aşırmağa çalışıblar - YENİLƏNİB-2 - ƏLAVƏ OLUNUB

    Samuxda ağır yol qəzası baş verib, ölən və yaralılar var
    © Report

    Samux. 3 yanvar. REPORT.AZ/ Samuxda ağır yol nəqliyyat hadisəsi zamanı ölənlərin adları məlum olub.

    "Report"un Qərb bürosunun məlumatına görə, bunlar Samux rayon sakini, 32 yaşlı Tural Ənnağı oğlu Məmmədov, onun həmyerlisi və həmyaşıdı Ruslan Xaliq oğlu Nəsibovdur.

    Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən ağır yaralanan Zaur Zirəddin oğlu Məmmədovdur. Diqər yaralı, "QAZel" markal sərnişin mikroavtobusun sürücüsü  Samux rayon Sərkər kənd sakini, 38 yaşlı Müslüm İsmayıl oğlu İsmayılov yaxınları tərəfindən Gəncədəki özəl xəstəxanaların birinə aparılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində başqa yaralananlarda olub.


    ***00:14

    Samux rayonunda baş vermiş ağır avtomobil qəzası yerinə çağrılan təcili tibbi yardım əməkdaşlarına hüçum edilib.

    "Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon Sərkar kənd ərazisində baş vermiş ağır avtomobil qəzası yerinə çağrılan təcili tibbi yardım əməkdaşları hadisə nəticəsində ölən və yaralananların yaxınları tərəfindən təzyiqə məruz qalıblar. Təxminən 10-a yaxın insan Səhiyyə Nazirliyinə məxsus 90-JM-955 dövlət nömrə nişanlı "Mercedes" markalı təcili tibbi yardım maşınının arxa qabı şüşələrini sındırılıb, daha sonra avtomobili aşırmağa cəhd ediblər. Hadisə yerinə gedən tibb işçiləri, həkim, Aygün Qəhramanova, tibb bacısı, İnarə Binnətova və sürücü Tahir Süleymanov xəstə yaxınlarının təzyiqinə məruz qalıblar. Sürücünün əli kəsildiyi bildirilir. Qadın tibb işçiləri isə yaxınlıqdan keçən vətəndaşlar tərəfindən ərazidən uzaqlaşdırılıblar. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

    Qeyd edə ki, axşam saatlarında "VAZ-21010" markalı avtomobil "QAZel" markalı sərnişin mikroavtobusla toqquşması nəticəsində 2 nəfər xəstəxanaya aparılan zaman ölüb, daha iki nəfər isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 

    Hazırda polis əməkdaşları tərəfindən hadisə zamanı ölən və yaralananların adları və qəzanın səbəbləri araşdırılır.


    ***23:37

    Samuxda ağır avtomobil qəzası baş verib.

    "Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-21010" markalı avtomobil "QAZel" markalı avtomobillə toqquşub. Nəticədə 2 nəfər ölüb 2 nəfər isa yaralanıb.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi