Samuxda gənc qız normadan artıq ağrıkəsici qəbul etdiyi üçün zəhərlənib

Samuxda gənc qız normadan artıq ağrıkəsici qəbul etdiyi üçün zəhərlənib Faktla bağlı araşdırma aparılır
Hadisə
8 Dekabr , 2017 15:36
Samuxda gənc qız normadan artıq ağrıkəsici qəbul etdiyi üçün zəhərlənib

Samux. 8 dekabr. REPORT.AZ/ Samux rayonunda gənc qız normadan artıq ağrıkəsici dərman preparatları qəbul etdiyi üçün zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1990-cı il təvəllüdlü Yeganə Adil qızı Əliyeva yaşadığı evdə çoxlu sayda ağrıkəsici dərmanı qəbul edib. Sonradan halı pisləşən gənc qız yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstəxanadan "Report"un  yerli bürosuna qadının vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi