Samuxda evdən küllü miqdarda pul oğurlanıb

Samuxda evdən küllü miqdarda pul oğurlanıb Hadisə baş verən zaman evdə heç kim olmayıb
Hadisə
1 Yanvar , 2018 13:06
Samuxda evdən küllü miqdarda pul oğurlanıb

Samux. 1 yanavar. REPORT.AZ/ Samux rayonunda oğurluq hadisəsi baş verib.

Samux rayon Polis şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, rayonun Sərkar kənd sakini Elcan Natiq oğlu Əsgərov polisə ərizə ilə müraciət edərək evindən 5000 manat məbləğində pul oğurlandığını bildirib.

Hadisə baş verən zaman evdə heç kim olmayıb.

Faktla bağlı Samux rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi