Samuxda boğazına kəndir dolanan yeniyetmə boğularaq ölüb - YENİLƏNİB

Samuxda boğazına kəndir dolanan yeniyetmə boğularaq ölüb - YENİLƏNİB Samux rayonunda boğazına kəndir dolanaraq ölən yeniyetmənin şəxsiyyəti məlum olub.
Hadisə
24 Aprel , 2019 20:05
Samuxda boğazına kəndir dolanan yeniyetmə boğularaq ölüb - YENİLƏNİB
Report

Samux rayonunda boğazına kəndir dolanaraq ölən yeniyetmənin şəxsiyyəti məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, rayonun Yenikənd kəndin sakini, 2007-ci il təvəllüdlü Tunar Rauf oğlu Baxşəliyev yelləncəkdə yellənən zaman kəndir boğazına dolanıb. Nəticədə yeniyetmə boğularaq ölüb.

Faktla bağlı Samux Rayon Prokurorluğunda araşdırma aparılır.


*** 18:23
Samux rayonunda boğazına kəndir dolanan yeniyetmə ölüb.

"Report"un məlumatına görə, hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan yeniyetmə oyun oynayan zamanı kəndir boğazına dolanıb və o boğularaq ölüb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.Hadisə yerinə baxış keçirilib

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Samux rayon şöbəsinə yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi