FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
Hadisə
5898
16 Avqust , 2020 12:50
FHN 2 nəfərin öldüyü qəza ilə bağlı məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi (FHN) Samux rayonu ərazisində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinə dair məlumat yayıb.

"Report" FHN-in saytına istinadla xəbər verir ki, nazirliyin 112 - qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və “NEW Holland TC-5050” markalı kombayn toqquşub.

Gəncə Regional Mərkəzinin hadisə yerinə cəlb olunan xilasetmə qüvvələri minik avtomobilində sıxılmış vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

11:29

Samux rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, rayonun İnstitut qəsəbəsində “Mercedes” markalı avtomobil kombayna çırpılıb.

Qəza nəticəsində “Mercedes” markalı avtomobilin sürücüsü, 1997-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlu və onun sərnişini, 1998-ci il təvəllüdlü Ləman Süleymanzadə hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi