Samuxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Samuxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var Samux. 21 dekabr. REPORT.AZ/ Samux rayonunda avtomobil qəzası baş verib.
Hadisə
21 Dekabr , 2017 22:34
Samuxda avtomobil maneəyə çırpılıb, xəsarət alanlar var

Samux. 21 dekabr. REPORT.AZ/ Samux rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun İnstitut qəsəbəsində baş verib.

Belə ki, idarəetmədən çıxan avtomobilin maneəyə çırpılması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlardan biri - İnstitut qəsəbə sakini, 1958-ci il təvəllüdlü Həqiqət Həsənxan qızı Eminova xəstəxanaya yerləşdirilib, digər yaralıya ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi