Samuxda aviabomba aşkar edilib

Samuxda aviabomba aşkar edilib Samux rayonunda aviabomba aşkar edilib.
Hadisə
24 İyun , 2019 15:58
Samuxda aviabomba aşkar edilib

Samux rayonunda aviabomba aşkar edilib. 

 "Report"un Qərb Mərkəzi xəbər verir ki, aviabomba yerli polis əməkdaşları tərəfindən rayonun Qaraağaclı kəndi ərazisində aşkar edilib. Polis əməkdaşları dərhal Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) məlumat veriblər. 

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Samux Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ərazidə su kanalına baxış keçirilib. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd aviabomba (FAB-50) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aviabombanın ətrafında 100 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi