Samuxda ata və iki oğlu bıçaqlanıb - YENİLƏNİB

Samuxda ata və iki oğlu bıçaqlanıb - YENİLƏNİB Samux rayonunda qohumlar arasında dava baş verib.
Hadisə
14 İyul , 2021 15:45
Samuxda ata və iki oğlu bıçaqlanıb - YENİLƏNİB
0 : 00
0 : 00

Samux rayonunda əmisini və onu iki oğlunu bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, Vüqar Səfərov Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Hadisənin təsərrüfatı suvarmaq üstündə baş verən mübahisənin səbəb olduğu bildirilir.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.

15:08

Samux rayonunda qohumlar arasında dava baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Tatlı kəndində qeydə alınıb.

Belə ki, qohumlar arasında yaranmış mübahisə zəminində 1971-ci il təvəllüdlü Səfərov Mətləb Oktay oğlu və onun iki oğlu - 1985-ci il təvəllüdlü Röyal Səfərov və 1993-cü il təvəllüdlü İlkin Qurbanov bıçaqlanıblar. Yaralılar xəstəxanaya yerləşdirilib, birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, hadisəni törədən şəxs M.Səfərovun əmisi oğludur.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi