Samuxda 43 yaşlı qadın naməlum şəraitdə ölüb

Samuxda 43 yaşlı qadın naməlum şəraitdə ölüb Samux. 8 noyabr. REPORT.AZ/ Samuxda yerli sakin naməlum şəraitdə ölüb.
Hadisə
8 Noyabr , 2017 11:52
Samuxda 43 yaşlı qadın naməlum şəraitdə ölüb

Samux. 8 noyabr. REPORT.AZ/ Samuxda yerli sakin naməlum şəraitdə ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Lək kəndində baş verib. Həmin kəndin sakini olan 1974-cu il təvəllüdlü qadın yaşadığı evdə naməlum şəraitdə ölüb. Yaxınlarının bildirdiyinə görə, qadın gecədən özünü pis hiss edib, səhər saatlarında isə onun öldüyü məlum olub. İlkin ehtimallara görə, qadının infarkt keçirərək öldüyü güman edilir.

Hazırda onun dəqiq ölüm səbəbləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi