Lənkaran sakini Samuxda bıçaqla özünə xəsarət yetirib

Lənkaran sakini Samuxda bıçaqla özünə xəsarət yetirib Samux rayonunda 38 yaşlı kişi bıçaq xəsarətləri alıb
Hadisə
7 May , 2021 14:35
Lənkaran sakini Samuxda bıçaqla özünə xəsarət yetirib

Samux rayonunda 38 yaşlı kişi bıçaq xəsarətləri alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, hadisə bu gün rayonun Ceyrançöl ərazisində qeydə alınıb.

"Lənkaran rayon sakini, 1983-cü il təvəllüdlü Abdul Abdullayev bir neçə bıçaq xəsarəti ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib: "Rayon ərazisində hərhansı bir güllələnmə faktı olmayıb. Araşdırma zamanı məlum olub ki, həmin şəxs özünə bıçaq xəsarətləri yetirib." - deyə DİN rəsmisi Eşqin Qasımov bildirib.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi