Samuxda 31 yaşlı qadını elektrik cərəyanı vurub

Samuxda 31 yaşlı qadını elektrik cərəyanı vurub Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Sentyabr , 2017 20:39
Samuxda 31 yaşlı qadını elektrik cərəyanı vurub

Samux. 14 sentyabr. REPORT.AZ/ Samux rayonunun Qarabağlılar kəndində 31 yaşlı qadını elektrik cərəyanı vurub. 

"Report"un Qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Sürəyya Kamaləddin qızı Nağıyeva həyətyanı sahədə su motorunu işə saldığı zaman onu elektrik cərəyanı vurub. Qadın ağır vəziyyətdə əvvəlcə Samux Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Hazırda reanimasiya şöbəsində onun müalicəsi davam etdirilir, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi