Samuxda 28 yaşlı gənc bıçaqlanıb

Samuxda 28 yaşlı gənc bıçaqlanıb İki bıçaq yarası almış gənc polisə yıxılaraq xəsarət aldığını bildirib
Hadisə
19 Dekabr , 2016 00:50
Samuxda 28 yaşlı gənc bıçaqlanıb

Samux. 19 dekabr. REPORT.AZ/ Samux rayonunda 28 yaşlı gənc bıçaqlanıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Çobanabdallı kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Məhərrəmov Eysevər Kinyaz oğlu bıçaqlanaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralı yaxınlarının köməyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. 

Həkimlər tərəfindən əməliyyata alınan E. Məhərrəmovun vəziyyətinin orta ağır olduğu bildirilir. Qeyd edək ki, 2 bıçaq yarası almış gənc polisə yıxılaraq xəsarət aldığını bildirib.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi