Samux və Daşkəsəndə reyd keçirildi, COVID-19 xəstələri saxlanıldı

Samux və Daşkəsəndə reyd keçirildi, COVID-19 xəstələri saxlanıldı Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.
Hadisə
427
15 Dekabr , 2020 17:34
Samux və Daşkəsəndə reyd keçirildi, COVID-19 xəstələri saxlanıldı

Yaşayış yerini tərk edən koronavirus xəstələri məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan "Report"a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları İmamzadə-Tatlı istiqamətində hərəkətdə olan “VAZ 2107” avtomobili saxlanıb, yoxlama zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan, izoliyasiya olunaraq ev şəraitində müalicə olunmalı olan, Göyçay rayon sakini Vüsal Babayevin yaşayış yerini tərk edərək Samux rayonuna gəldiyi müəyyən edilib.

V.Babayev hüquqi izah verilərək ev şəraitində müalicə olunması üçün yaşadığı ünvana geri qaytarlıb.

Daşkəsən RPŞ əməkdaşları da rayon ərazisində karantin rejimi ilə bağlı mütəmadi tədbirlər həyata keçirir. Keçirilən sonuncu belə tədbir zamanı rayon sakinləri - Pakizə Məmmədova və Azər Abdullayev koronavirus testlərinin nəticələrinin pozitiv çıxmasını bilə-bilə, özünütəcrid tədbirlərinə uyğun davranmalı, digər şəxslərlə az təmasda olmalı, insanların sıx toplaşdığı yerlərə getməməli olduqları halda, yaşadığı evi tərk etmələri aşkarlanıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə onlar evə göndərilib, barələrində RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi