“Samux vadisi” kafesinin icarədarı və müştəriləri cərimələndi

“Samux vadisi” kafesinin icarədarı və müştəriləri cərimələndi Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələnib.
Hadisə
28 Dekabr , 2020 10:28
“Samux vadisi” kafesinin icarədarı və müştəriləri cərimələndi

Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər ərazisində yerləşən “Samux vadisi” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, obyektə baxış zamanı icarədar və müştərilərin karantin qaydalarını pozduqları müəyyən edilib.

Həmin şəxslər - kafeni icarə əsasında işlədən Mingəçevir şəhər sakini Fuad Abdullayev və müştəriləri Polis Şöbəsinə gətiriliblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və cərimələnib.

Son xəbərlər

Orphus sistemi