Samux sakininin avtomobili hədə-qorxu ilə əlindən alınıb

Samux sakininin avtomobili hədə-qorxu ilə əlindən alınıb Samux sakininin avtomobili hədə-qorxu ilə əlindən alınıb.
Hadisə
12 Noyabr , 2019 13:55
Samux sakininin avtomobili hədə-qorxu ilə əlindən alınıb

Samux sakininin avtomobili hədə-qorxu ilə əlindən alınıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Goranboy Rayon Polis Şöbəsinə müraciət edən Samux rayon sakini E.Avazov noyabrın 9-da Dəliməmmədli şəhərinin ərazisində naməlum şəxsin hədə-qorxu gələrək onun “VAZ-2109” markalı avtomobilini almasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil noyabrın 11-də Gəncə şəhəri ərazisində tapılıb.

Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Dəliməmmədli şəhər sakini M.Əkbəri saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi