Gəncə. 18 aprel. REPORT.AZ/ Samux rayon sakinini bıçaqlayan şəxs saxlanılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, şəhər ərazisində yerləşən bankların birinin qarşısında Samux rayon sakini, 1982-ci il təvəllüdlü Sərxan Sahib oğlu Mirzəyevi bıçaqlayan Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Firuz Füzuli oğlu Abbasov saxlanılıb.
İlkin məlumatlara görə, hadisə şəxsi münasibətlər zəminində yaranmış mübahisə səbəbindən törədilib.
Qeyd edək ki, bıçaqlanan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.