Yuxarı

Azərbaycan-Rusiya sərhədində yaranan tıxac hələ də aradan qaldırılmayıb - FOTO

Avtomobillər Samur çayı üzərindəki körpünün neytral hissəsində gözləməkdədir

Bakı. 16 Avqust. REPORT.AZ/ Ötən gündən başlayaraq Azərbaycan-Rusiya sərhədində yaranan böyük tıxac bu gün də qalmaqdadır.

"Report" xəbər verir ki, belə ki, "Samur" gömrük buraxılış məntəqəsindən Rusiyaya keçmək istəyən avtomobillər Samur çayı üzərində yerləşən körpünün neytral hissəsində gözləməkdədir.

Buna səbəb kimi sərhədin Rusiya hissəsindəki Yaraq-Qazmalar gömrük buraxılış məntəqəsinin kompüter şəbəkəsində texniki problemlərin yaranması göstərilir.

Azərbaycanın Rusiya ilə sərhədində yerləşən digər gömrük buraxılış məntəqələrində isə heç bir çətinlik yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi