Samur-Abşeron kanalından tapılan meyitin şəxsiyyəti müəyyən olunub.
"Report"un Şimal bürosunun məlumatına görə, sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində tapılan kişi meyitinin DNT analizindən sonra onun Siyəzən rayon sakini, 2002-ci il təvəllüdlü Mahmud Məlikova məxsus olduğu təsdiqlənib.
Qeyd edək ki, M.Məlikov sentyabrın 6-da itkin düşmüşdü. Onun meyiti dəfn edilmək üçün oktyabrın 8-də ailəsinə təhvil veriləcək.
Samur-Abşeron kanalında naməlum kişi meyiti tapılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, meyit kanalın Xızı rayonunun Yaşma kəndi ərazisindən keçən hissəsində aşkar olunub.
Onun hansı şəraitdə suya düşdüyü məlum deyil. Əraziyə hüquq-mühafizə orqanlarının və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb edilib.
Meyitin sudan çıxarılması üçün zəruri işlər həyata keçirilir.
Faktla bağlı araşdırmaya başlanılıb.