Samur-Abşeron kanalında 27 yaşlı oğlan batıb

Samur-Abşeron kanalında 27 yaşlı oğlan batıb Bakı. 23 aprel REPORT.AZ/ Samur-Abşeron kanalında 27 yaşlı oğlan batıb.
Hadisə
23 Aprel , 2018 11:58
Samur-Abşeron kanalında 27 yaşlı oğlan batıb
Report

Bakı. 23 aprel REPORT.AZ/ Samur-Abşeron kanalında 27 yaşlı oğlan batıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə aprelin 22-də Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində 1991-ci il təvəllüdlü Bayramov Mirzəcan Bayram oğlunun batması barədə məlumat daxil olub.

Bu gün səhər saatlarından etibarən Fövqəladə Hallar Nazirliyin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Son xəbərlər

Orphus sistemi