Yuxarı
    Bağlamaq

    ​Samir Piriyevlə Kamran Həsənlinin bacısı arasında üzləşmə keçirilib

    Gülər Həsənli istintaqa cəlb edilib

    Bakı. 2 iyun. REPORT.AZ/ Bu gün Bakı Şəhər Baş Polis İdarəsində müğənni Samir Piriyevlə teleaparıcı Kamran Həsənlinin bacısı Gülər Həsənli arasında üzləşmə istintaq hərəkəti keçirilib.

    Bu barədə “Report”a S.Piriyevin vəkil Ceyhun Yusifov məlumat verib.

    “Samir Piriyev bacı-qardaş tərəfindən dələduzluğa məruz qalmasını bir daha Gülər xanımın özünə bildirdi. Gülər xanım da həqiqətən Samir Piriyevi Türkiyədə qarşıladığını, səhimlərin alınması ilə bağlı pulun verilməsini və onlar arasında narazılığın yaranmasını etiraf etdi”, - vəkil bildirib.

    Qeyd edək ki, bir müddət əvvəl S.Piriyev mətbuata açıqlamasında teleaparıcı Kamran Həsənlinin ona qarşı 80 min dollar məbləğində dələduzluq etdiyini bildirib. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə cinayət işi başlanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi