Yuxarı

Şamaxıda uşağın üzərinə şkaf aşıb

Şamaxıda uşağın üzərinə şkaf aşıb
O, ağır kəllə-beyin travması alıb

Şamaxı. 18 iyun. REPORT.AZ/ Ötən gün Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

"Report"un Şirvan bürosu xəbər verir ki, şəhərin Rəsulzadə küçəsi, 22 ünvanında yaşayan 2010-cu il təvəllüdlü yerli sakin Babayev Elşən Mətləb oğlunun üzərinə içərisi qab-qacağla dolu şkaf aşıb.

O, ailəsi tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Cərrahiyyə şöbəsindən verilən məlumata görə, E.Babayev xəstəxanaya ağır-kəllə beyin travması, sağ qulaq nahiyəsinin cırılmış yarası ilə daxil olub. Uşağa ilkin tibbi yardım göstərilib və hazırda vəziyəti orta-ağır qiymətləndirilir.

E.Babayevin valideynlərinin sözlərinə görə, hadisə uşaq şkafın yuxarı hissəsində özünə aid daxılı götürərkən baş verib. Səsə gələn valideynlər onu şkafın altından çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi