Şamaxıda torpaq sürüşməsi baş verib
Hadisə
- 23 aprel, 2025
- 13:33
Şamaxı rayonunda torpaq sürüşməsi baş verib.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, sürüşmə Cabanı-Əngəxaran avtomobil yolunda qeydə alınıb.
Sürüşmə nəticəsində yolda 1 metr dərinliyində və 4 metr enində iri yarğan əmələ gəlib, nəqliyyatın hərəkəti üçün təhlükəli vəziyyət yaranıb. Həmçinin yolun asfalt örtüyü sıradan çıxıb, yolun çiyin hissəsi isə tamamilə dağılıb.
Yerli sakinlər bildiriblər ki, ərazidə torpaq sürüşməsi hər gün daha da aktivləşir. Son günlərdə müşahidə olunan davamlı yağıntılar bu prosesi daha da sürətləndirib.
Sürüşmə zonası xüsusi xəbərdarlıq nişanları ilə işarələnib.
Son xəbərlər
06:12
DÇ-2026: Meksika - Cənubi Koreya oyununda ilk qol vurulub - YENİLƏNİR-3
Futbol06:05
Avropa İttifaqı Rusiya tərəfindən döyüşənləri "Qara siyahı"ya sala bilər
Digər ölkələr05:36
Romulus Rusin-Sendi: Budapeşt NATO ilə tam əməkdaşlığa qayıdır
Digər ölkələr05:10
Tramp İranla bağlanan müqaviləni Tehranın " qeyd-şərtsiz kapitulasiyası" adlandırıb
Digər ölkələr04:57
Het-trik edən futbolçu Kanada - Qətər matçının ən yaxşısı seçilib
Futbol04:33
Trampın ad gününə hücumu planlaşdıran "Çoban" saxlanılıb
Digər ölkələr04:02
DÇ-2026: Kanada Qətər komandasını 6 cavabsız qolla üstələyib - YENİLƏNİB-7
Futbol04:00
İran BAEA müfəttişlərinin nüvə obyektlərinə daxil olmasına icazə verməyə hazırdır
Region03:58